Ölkə futbolu

UEFA-dan Ömər Paşayevə ilk təyinat

Azərbaycanın yeni FİFA hakimi Ömər Paşayev UEFA-dan ilk təyinatını alıb.

İdmanxeber.com-un məlumatına görə, referi 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Belarus – San Marino oyununu idarə edəcək.

Ona Namiq Hüseynov və Mübariz Haşımov kömək edəcəklər. Qarşılaşmada 4-cü hakim funksiyasını Rəhim Həsənov yerinə yetirəcək.

Qeyd edək ki, görüş iyunun 7-də Minsk şəhərində keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43