Kateqoriyasız

UEFA-dan onlayn püşkatma

Avqustun 9-u Çempionlar Liqası, 1 gün sonra isə Avropa Liqasında 2020/21 mövsümünün I təsnifat mərhələsinin püşkü atılacaq.

Püşkatma İsveçrənin Nyon şəhərində keçiriləcək. UEFA koronavirus pandemiyasına görə püşkatmanı onlayn təşkil edəcək. Bu səbəbdən klubların nümayəndələri tədbirə dəvət ediləməyəcək.

“Qarabağ” Çempionlar Liqasında, “Neftçi”, “Keşlə” və “Sumqayıt” isə Avropa Liqasında mübarizə aparacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43