Dünyadan

UEFA-dan PSJ-ni çökdürən cəzalar

UEFA Fransanın PSJ klubuna ağır cəzalar verib.

İdmanxeber.com-un məlumatına görə, qurum “fari play” qaydalarından kənara çıxan Paris klubunun normadan artıq transferə pul xərcləməsinə görəkomandaya bir neçə cəza verib:

– PSJ 60 milyon avronu üç mövsüm ərzində ödəməli;

– Klubun xərclədikləri ilə qazandıqları arasındakı fərq 30 milyon avro avrodan çox olmamalı;

– PSJ Çempionlar Liqasına heyətində 25 deyil, 21 futbolçu ilə getməli (səkkizi aşağı yaş qrupundan);

– PSJ-nin futbolçulara ödəyəcəyi ümumi məbləğ 240 milyon avrodan çox olmamalı, yeni transfer etsə, futbolçularından birini satmalıdı;

– Transfer büdcəsi 60 milyon avronu keçməməlidi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43