Ölkə futbolu

UEFA-dan “Qəbələ”yə 25 min avro

UEFA Gənclər Liqasındakı çıxışına görə “Qəbələ” klubuna ödəniş edib.

İdmanxeber.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə,UEFA Gənclər Liqasının 2018/2019-cu il mövsümünün ödəniş siyasətinə uyğun olaraq, qeyd olunan turnirin ikinci mərhələsində müvafiq komandası iştirak etmiş “Qəbələ” klubunun hesabına səyahət və yerləşmə ödənişi olaraq 25 min avro vəsait UEFA tərəfindən AFFA-nın vasitəçiliyi ilə köçürülüb.

Qeyd edək ki, “Qəbələ” ikinci təsnifat mərhələsində “Herta”ya uduzaraq (0:1, 1:3) turnirdə mübarizəni dayandırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43