Ölkə futbolu

UEFA-dan Rəhim Həsənova növbəti təyinat

O, İslandiya – Estoniya qarşılaşmasını idarə edəcək.

İdmanxeber.az-ın məlumatına görə, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 2-cı qrupunda, sentyabrın 6-da keçiriləcək İslandiya – Estoniya oyununun baş hakimi Rəhim Həsənov olacaq. Ona Yaşar Abbasov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Ömər Paşayev yerinə yetirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43