Kateqoriyasız

UEFA-dan Rəhim Həsənova təyinat

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 4-cü qrupunun San Marino – Litva oyununun baş hakimi Rəhim Həsənov olacaq.

İdmanxeber.az-ın xəbərinə görə, bu barədə AFFA-nın saytı məlumat yayıb. Ona Namiq Hüseynov və Mübariz Haşımov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, sözügedən matç iyunun 5-də Serravalle stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43