20 Fevral 2020
Dünya futbolu

UEFA-dan şok qərar: “Mançester Siti” avrokuboklardan uzaqlaşdırıldı

İngiltərənin “Mançester Siti” klubu UEFA tərəfindən sərt cəzalandırılıb.

İdmanxeber.az-ın məlumatına görə, “şəhərlilər” iki illik avrokuboklardan kənarlaşdırılıb.

Buna klubun maliyyə feyr-pley qaydalarını pozması səbəb olub. Belə ki, Mançester təmsilçisi 2012-2016-cı il arasında sənədlərdə sponsorluq və digər gəlirlərini şişirdilmiş dərəcədə çox göstərib. Buna görə də FFP qaydalarını pozduğu üçün cəzalanıb

Cəzanın 2020/2021 və 2021/20222 mövsümlərini əhatə etdiyi bildirilib.

Klub əlavə olaraq 30 milyon avro məbləğində cərimələnib.

Oxşar xəbərlər

Fransa yarımfinalda – VİDEO

admin

Dünya çempionatının finalçıları müəyyənləşdi

admin

“Portu” baş məşqçisini qovdu

admin