Ölkə futbolu

UEFA-dan “Xəzər Lənkəran” və “Qarabağ”a 486 min avro

UEFA Avropa çempionatında iştirak edən futbolçuların klublarına mükafat ayırıb.

İdmanxeber.com-un məlumatıbna görə, qitə futbol qurumu 641 kluba ödəniş edildiyini açıqlayıb. Belə ki, qurum 641 klub üçün 150 milyon avro ayırıb. Seçmə mərhələdə çıxış edən futbolçuların klublarına 50, final mərhələsində oynayan oyunçuların komandaları üçün 100 milyon avro bölüşdürülüb.

Qurumun vəsait ayırdığı komandalar arasında Azərbaycanın da 9 klubu yer alıb. Klublarımızdan ən çox vəsit “Qarabağ”a ayrılıb – 365 min 645 avro. Ümumilikdə Azərbaycanın 9 klubuna ayrılan pulun ümumi həcmi 935 min 152 avro təşkil edib.

Qeyd edək ki, 2020-ci Avropa çempionatı üçün mükafat fondu 200 milyon avroya yüksələcək.

Mükafat qazanan Azərbaycan klubları aşağıda adları qeyd olunanlarıdır:

“Qarabağ” – 365 min 645 avro

“Qəbələ” – 152 min 806 avro

“Neftçi” – 128 min 899 avro

“Xəzər Lənkəran” – 120 min 583 avro

“İnter” – 112 min 713 avro

“Sumqayıt” – 24 min 948 avro

“Kəpəz” – 16 min 632 avro

“Zirə” – 8 min 316 avro

AZAL – 4 min 606 avro

UEFA-dan ən çox vəsait alan klublar aşağıdakılardır:

Yuventus – 3,5 milyon avro

Liverpul – 3,3 milyon avro

Tottenhem – 3,1 milyon avro

Mançester Yunayted – 2,9 milyon avro

Bavariya – 2,8 milyon avro

Real – 2,5 milyon avro

Arsenal – 2,4 milyon avro

Barselona – 2,3 milyon avro

Roma – 2,1 milyon avro

Sauthempton – 2 milyon avro


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43