İdman

UEFA FIFA referimizə güvənir: Əliyar Ağayevdən böyük uğur

Azərbaycanlı hakim Əliyar Ağayev növbəti uğuruna imza atıb.

İdmanxeber.com-un məlumatına görə, FIFA referisi UEFA-nın I kateqoriyasına keçib. Bu, Azərbaycan futbolunda ilk belə haldır.

29 yaşlı referi bununla da Çempionlar Liqasının qrup və pley-off oyunlarına təyinat almaq hüququ qazanıb.

Qeyd edək ki, 3 ildir FİFA referisi olan Ağayev cari mövsüm 3 dəfə Avropa Liqasının qrup oyunlarına təyinat alıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43