Ölkə futbolu

UEFA Gənclər Liqası: “Qəbələ” “Olimpiakos”a qarşı

“Qəbələ”nin U-19 komandası UEFA Gənclər Liqasında bu gün növbəti oyununu keçirəcək.

İdmanxeber.az xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu komanda 2-ci mərhələnin cavab matçında Yunanıstan “Olimpiakos”unun qonağı olacaq.

 Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. “Qırmızı-qaralar” Qəbələdə keçirilən ilk matçda 0:3 hesabı ilə uduzub.

Xatırladaq ki, “Qəbələ” 1-ci təsnifat mərhələsində Macarıstanın “Puşkaş Akademiya” klubunu mübarizədən kənarlaşdırıb – 1:1, 1:0.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43