İdman

UEFA Gənclər Liqasında “Qarabağ”ın oyunları dəqiqləşdi

UEFA Gənclər Liqasının qrup mərhələsinin I dövrəsinin təqvimini açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, C qrupunda mübarizə aparan “Qarabağ”ın U-19 komandasının “Çelsi”, “Roma” və “Atıletiko” ilə görüşlərinin vaxtı və yeri dəqiqləşib.

 

Təmsilçimizin İngiltərədəki səfər oyunu saat 14:05-də, ilk iki ev qarşılaşması 12:00-da başlayacaq. Rəqiblərini “Azərsun Arena”da qəbul edəcək Ağdam klubunun meydançası rəsmən “Qarabağ” stadionu kimi tanınacaq. Çünki UEFA reklam tipli, sponsor adlarını ifadə olunmasını qəbul etmir.

 

Gənclər Liqası, Çempionlar Liqası yolu

Qrup mərhələsi, C qrupu

 

I tur

12 sentyabr

14:05. “Çelsi” (İngiltərə) – “Qarabağ”

Surrey. “Çelsi” Futbol Klubunun Təlim-Məşq Bazası

 

II tur

27 sentyabr

12:00. “Qarabağ” – “Roma” (İtaliya)

Bakı. “Qarabağ” stadionu

 

III tur

18 oktyabr

12:00. “Qarabağ” – “Atletiko” (İspaniya)

Bakı. “Qarabağ” stadionu

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43