Dünya futbolu

UEFA İcraiyyə Komitəsinə seçkilər: Elxan Məmmədov 12 rəqibə qarşı

Bu gün UEFA-nın növbəti konfransı keçiriləcək.

İdmanxeber.com-un məlumatına görə, konfransda UEFA İcraiyyə Komitəsinə seçkilər də keçiriləcək.

AFFA-nın baş katibi Elxan Məmmədovun da namizədliyini irəli sürdüyü seçkidə 13 federasiya rəsmisi 8 vakant yer üçün mübarizə aparacaq.

Bunlar Karl-Erik Nilson (İsveç), Reinhard Qrindel (Almaniya), Mişel Uya, (İtaliya), Con Delaney (İrlandiya), Zbinqnievn Boniek (Polşa), Marios Lefkaritis (Cənubi Kipr), David Gill (İngiltərə), Elxan Məmmədov, (Azərbaycan), Servet Yardımcı (Türkiyə),  Kayrat Boranbayev (Qazaxıstan), Armand Duka (Albaniya), Kieran O’Konnor (Uels) və  Mixael Van Praqdı (Hollandiya).

Qeyd edək ki, Finlandiyanın Helsinki şəhərində keçiriləcək konfrans Bakı vaxtı ilə saat 11:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43