Kateqoriyasız

UEFA “İlin oyunçusu” mükafatına 3 namizəd açıqladı

Mükafat üçün 3 oyunçu yarışacaq.

UEFA ötən mövsüm Çempionlar Liqasında ve Avroliqada çıxış edən 80 baş məşqçi ilə  55 jurnalistin səsverməsi nəticəsində  Avropada 2017-2018 mövsümünün ən yaxşı oyuncusu üçün 3 namizəd açıqlayıb. 

Səsvermə nəticəsində  ötən mövsüm “Real”da oynayan Kristiano Ronaldo, Muhammed Salah və Luka Modriç  yarışda iştirak edən Antuan Qrizman, Serxiyo Ramos, Lionel Messi, Mbappe, Rafael Varan, Eden Azard kimi oyunçulardan daha çox səs yığaraq mükafat üçün namizəd olublar. 

Mükafatlandırma mərasimi avqustun 30-da Monako şəhərində keçiriləcək.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43