Kateqoriyasız

UEFA klublarımıza “okey” verdi

AFFA İcraiyyə Komitəsinin 2020-ci il iyunun 18-də keçirilmiş iclasında qərar qəbul olunub ki, Azərbaycan Premyer Liqası və ölkə kuboku uğrunda yarış dayandırılsın, mövsümün qalibi və UEFA-nın klub yarışlarında iştirak edəcək komandalar hazırkı turnir cədvəlinə uyğun olaraq müəyyənləşdirilsin.

İdmanxeber.az saytının məlumatına görə, bu qərar AFFA tərəfindən UEFA-ya göndərilib və aşağıda göstərilmiş klubların UEFA-nın müvafiq klub yarışlarında iştirakı ilə bağlı ilkin təsdiq cavabı AFFA-ya daxil olub:

“Qarabağ” – UEFA Çempionlar Liqası

“Neftçi” – UEFA Avropa Liqası

“Keşlə” – UEFA Avropa Liqası

“Sumqayıt” – UEFA Avropa Liqası

Qeyd olunmuş klubların UEFA-nın klub turnirlərində iştirakı ilə bağlı yekun təsdiq qərarı klubların müvafiq sifariş ərizələri UEFA-ya göndərildikdən sonra qəbul olunacaq (affa.az).

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43