Kateqoriyasız

UEFA klublarımıza pul verdi – “Qarabağ”dan başqa

UEFA Azərbaycan Premyer Liqasında çıxış edən klublara ödənişlər edib.

İdmanxeber.az-ın məlumatına görə, 2018/19-ci il mövsümünü əhatə edən UEFA-nın “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində qeyd olunan mövsümdə Azərbaycan Premyer Liqasında çıxış etmiş, lakin UEFA-nın Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmamış klubların hesabına aşağıdakı cədvəl əsasında UEFA-dan ayrılan əlavə maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə köçürülmüşdür.

“Neftçi” – 15 446.42 avro
“Səbail” – 15 446.42 avro
“Qəbələ” – 15 446.42 avro
“Zirə” – 15 446.42 avro
“Sumqayıt” – 15 446.42 avro
“Sabah” – 15 446.42 avro
“Keşlə” – 15 446.42 avro

Qeyd: “Keşlə” klubu üçün nəzərdə tutulmuş vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda  Futbolun İnkişaf Fondundan klubun hesabına köçürüləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43