Dünya futbolu

UEFA “Legiya” azarkeşlərinin pankartına görə araşdırmalara başladı

UEFA “Legiya” (Polşa)  – “Astana” (Qazaxıstan) (1:0) matçında meydan sahiblərinin azarkeşləri tərəfindən açılan pankartlarla bağlı araşdırmalara başlayıb.

Oyunda “Legiya” klubunun azarkeşləri 1994-cü ildə faşistlər tərəfindən qətlə yetirilən insanları pankartda yad ediblər. Plakatda Varşava üsyanında 160 min insanın qətlə yetirildiyi və onların arasında minlərlə uşaq olduğu qeyd edilib. Həmçinin, alman zabitin azyaşlı uşağın başına silah dirəmiş posteri də nümayiş etdirilib.

UEFA avqustun 17-də qərarını açıqlayacaq.

Qeyd edək ki, “Legiya” “Astana”nı 1:0 hesabı ilə məğlub etsə də, ÇL-in pley-offuna yüksələ bilməyib. Buna səbəb isə ilk oyunda 1:3 hesablı uduzması olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43