Dünya futbolu

UEFA “Mançester Yunayted” və “Valensiya”nı cəzalandıra bilər

Hər iki klubun cəzalandırıması gözlənilir.

UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda qarşı-qarşıya gələn “Mançester Yunayted”lə  “Valensiya” klubları cəzalandırıla bilər. UEFA-nın rəsmi saytından verilən məlumata görə, buna səbəb ev sahibi komandanın oyuna gecikməsi və qarşılaşmanın vaxtından gec başlaması olub.

Qonaq komanda “Valensiya” isə azarkeşlərinin meydana patlayıcı maddə və əlavə cismlər atmasına görə eyni aqibəti yaşaya bilər.

Qeyd edək ki, yekun qərar UEFA İcraiyyə Komitəsinin oktyabrın 18-də keçiricəyi iclasında veriləcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43