Milli komanda

UEFA Millətlər Liqası: Millimiz “C” liqasında!

UEFA Millətlər Liqasının 2020/21 mövsümünün təqvimi açıqlanıb.
İdmanxeber.az-ın məlumatına görə, ikinci dəfə keçiriləcək yarışda millimiz yenə “C” Liqasında qərarlaşıb.
A, B və C liqalarında 16 komanda, D liqasında isə 7 komanda mübarizə aparacaq. Bunlardan sadəcə D liqasındakı komandalar iki qrupa bölünəcək. Bir qrupda 4, digərində isə 3 komanda qərarlaşacaq. Digər 3 liqanın hərəsində mövcud olan 16 komanda 4 qrupa bölünəcək.
Püşkatma gələn il martın 3-də təşkil olunacaq.
A liqası: Portuqaliya (son qalib), Hollandiya, İngiltərə, İsveçrə, Belçika, Fransa, İspaniya, İtaliya, Bosniya və Herseqovina, Ukrayna, Danimarka, İsveç, Xorvatiya, Polşa, Almaniya, İslandiya
B liqası: Rusiya, Avstriya, Uels, Çexiya, Şotlandiya, Norveç, Serbiya, Finlandiya, Slovakiya, Türkiyə, İrlandiya, Şimali İrlandiya, Bolqarıstan, İsrail, Macarıstan, Rumıniya
C liqası: Yunanıstan, Albaniya, Monteneqro, Gürcüstan, Şimali Makedoniya, Kosovo, Belarus, Kipr, Estoniya, Sloveniya, Litva, Lüksemburq, Ermənistan, Azərbaycan, Moldova, Qazaxlstan
D liqası: Cəbəllütarıq, Farer adaları, Latviya, Lixtenşteyn, Andorra, Malta, San-Marino
Reqlamentə əsasən, A liqasının qrup qalibləri final mərhələsində mübarizə aparmaq hüququ qazanacaqsa, sonuncuları B liqasına gedəcək.
B liqasında 1-ci yer sahibləri A liqasına yüksələcəksə, sonuncu 4 komanda C liqasına yuvarlanacaq.
Azərbaycan millisinin də çıxış edəcəyi C liqasında qrup birinciləri B liqasına yüksəlmək hüququ qazanacaq. Sonuncu yer tutan 4 yığma pley-offda D liqasına düşən 2 uğursuzu müəyyənləşdirəcək. Bu iki uğursuzu D liqasında qrup qalibi olanlar əvəzləyəcək.
UEFA Millətlər Liqası
2020-ci il
Qrup mərhələsinin püşkatması
3 mart, Amsterdam (Hollandiya)
I tur
3-5 sentyabr
II tur
6-8 sentyabr
III tur
8-10 oktyabr
IV tur
11-13 oktyabr
V tur
12-14 noyabr
VI tur
15-17 noyabr
2021-ci il
Final mərhələsi
2-6 iyun

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43