Kateqoriyasız

UEFA millimizin oyunundakı erməni hakim-inspektoru dəyişdi

Monteneqro – Azərbaycan matçının hakim-inspektoru dəyişdirilib.

İdmanxeber.az-ın məlumatına görə, sabah C liqasında keçiriləcək görüşdə bu vəzifəni avstriyalı Stefan Messner yerinə yetirəcək.

Daha öncə UEFA oyuna hakim-inspektor kimi erməni əsilli, fransalı Paskal Qaribyanı təyin etmişdi. Lakin Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağda baş verənlərə görə o, Stefanla əvəzlənib.

Bundan əvvəl Lüksemburq – Kipr matçına təyinat alan Messnerlə Monteneqro – Azərbaycan görüşündə iştirak etməli olan Qaribyanın yerləri dəyişdirib.

Qeyd edək ki, sabah Podqoritsadakı “Qradski” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43