Kateqoriyasız

UEFA-nın AVRO-2020 ilə bağlı yekun qərarı

Koronavirus pandemiyasına görə 2021-ci ilə təxirə salınan AVRO-2020-nin adı dəyişilməyəcək. Bu barədə UEFA İcraiyyə Komitəsinin bugünkü iclasında qərar qəbul edilib.

Qurub çempionatın 1 il sonraya ertələnməsinə baxmayaraq, asının AVRO-2020 olaraq qalmasını məqsədəuyğun hesab edib. UEFA Avropa çempionatının 60 illiyi səbəbindən (1960-2020) yarışın adının dəyişdirilməməsi ilə bağlı yekun qərara gəlib.

AVRO-2020-nin final mərhələsi 2021-ci il iyunun 11-dən iyulun 11-dək Bakı da daxil olmaqla Avropanın 12 şəhərində keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43