Ölkə futbolu

UEFA-nın rəsmi saytı: “Adams “Qəbələ”yə uğur gətirmədi”

UEFA-nın rəsmi saytı “Qəbələ”yə yazı həsr edib. 

“Syomin “Qəbələ”də uğur qazandı” başlıqlı yazıda Ramiz Məmmədov və Toni Adamsın komandaya uğur gətirmədiyi, rusiyalı mütəxəssisin isə uğurlu olduğu qeyd edilir.

“Qəbələ” Azərbaycan Premyer Liqasında 2006-cı ildə fəaliyyətdə olsa da, hələki qarşısına qoyduğu məqsədlərə nail olmayıb. Ramiz Məmmədov və İngiltərə millisinin keçmiş kapitanı Toni Adamsı baş məşqçi postuna gətirsə də, indiyə qədər ölkə Premyer Liqasında ilk beşlikdən yuxarıda yer ala bilməyib və avrokuboklara vəsiqəni təmin etməyib. Ancaq, “Lokomotiv” və “Dinamo”nu çalışdırmış Yuri Syominin kluba gəlməsindən sonra geridə qalan 7 tur “Qəbələ” üçün uğurlu olub. Gələcəyə dair planlara baxanda, “Qəbələ”də keçmiş “Feyenord”lu və komandanın futbol akademiyasında Stenli Brerdin olduğunu görərik” deyə yazıda qeyd olunur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43