Kateqoriyasız

UEFA Norveçdən istədiyi cavabı ala bilmədi – “Qarabağ”ın oyununa görə

Norveç hökuməti UEFA-nın Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ” – “Molde” matçı üçün etdiyi müraicəti müsbət cavablandırmayıb.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə ölkənin mədəniyyət naziri Abid Raca “NTB”yə açıqlamasında bildirib:

“Təəssüf ki, “Molde” üçün “Qarabağ”la oyundan əvvəl karantinlə bağlı xüsusi istisna gələn həftənin sonuna qədər olmayacaq. Bununla bağlı Norveç Futbol Federasiyasına və “Molde”yə  fəaliyyətlərini buna görə qurmalı olduqlarını bildirdim. Yəni, UEFA-nın reqlamentinə uyğun olaraq görüş neytral meydanda keçirilməlidir”.

Qeyd edək ki,  püşkə əsasən oyuna Bakıda keçirilməlidir. Ancaq Norveç klubu Bakıdan dönüşdə 10 günlük karantinə alınacağını bildirərək, qarşılaşmanın neytral meydanda oynanılmasını UEFA-dan xahiş edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43