İdman

UEFA nümayəndələri “Qarabağ”la bağlı Bakıya gəlir

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinda ilk oyununu keçirəcəyi stadionla bağlı yekun qərarı UEFA verəcək.

İdmanxeber.com-un məlumatına görə, bu barədə xəbəri “Qarabağ”ın rəsmi saytı yayıb.

Sabah UEFA tərəfindən xüsusi nümayəndə heyəti gələcək və qarşılaşmanın “Dalğa Arena”da keçirilib-keçirilməməsi barədə son qərarı verəcək.

Qeyd edək ki, “Qarabağ” – “Slovan” matçı sentyabrın 15-i saat 19:00-da start götürəcək.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43