23 Sentyabr 2024
Dünyadan

UEFA qərarını dəyişmədi – hər 3 klubumuzun ilk oyunu Bakıda olacaq

UEFA avqustun 10-da Bakıda avrokubokların 3 oyununun keçirilməsi ilə bağlıbqərarını dəyişməyib.

Qərara əsasən “Qarabağ”, “Neftçi” və “Sabah” ev oyunlarını eyni gündə Bakıda keçirecək.

UEFA AFFA-nın Azərbaycan təmsilçilərindən (“Qarabağ”, “Sabah”, “Neftçi”) birinin avrokuboklardakı ilk matçını səfərdə keçirməsi ilə bağlı müraciətinə cavab verib

Bu haqda İdmanxeber.az-a açıqlamasında AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli bildirib. O,  UEFA təklifə müsbət cavab vermədiyini qeyd edib:

“Üç avrokubok oyununun eyni gündə Bakıda keçirilməməsi ilə bağlı UEFA-ya müraciət etmişdik. UEFA-dan bizə cavab verildi ki, qonaq komandalardan biri razılaşarsa, matçlardan biri avqustun 9-da keçirilə bilər. Lakin rəqib komandalar səfər proqramını öncədən tərtib etdiklərindən bununla razılaşmadılar. Nəticədə, UEFA yekun qərarı verdi ki, oyunlar bir gündə avqustun 10-da keçirilsin”.

Xatırladaq ki, UEFA avqustun 10-da “Qarabağ”ın Avropa Liqasının 3-cü təsnifat mərhələsində HİK-lə (Fİnalandiy), “Neftçi”nin Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Beşiktaş”la (Türkiyə) və “Sabah”ın Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Partizan”la (Serbiya) oyununun Bakıda keçiriləcəyini təsdiqləyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43