Ölkə futbolu

UEFA “Qarabağ” və “Qəbələ”nin büdcəsini növbəti dəfə zənginləşdirdi

UEFA Avropa Liqası turnirinin 2015/2016-cı il mövsümündə qrup mərhələsində çıxış etmiş “Qarabağ” və “Qəbələ” klublarının büdcəsinə növbəti maliyyə vəsaiti köçürülüb.


İdmanxeber.com xəbər verir ki, qeyd olunan vəsait hər iki klubun ötən mövsüm Avropa Liqasının qrup mərhələsində iştirakı ilə əlaqədar UEFA tərəfindən ayrılmış bonusdur.


Avropa futbol qurumu tərəfindən verilən vəsait – müvafiq olaraq, “Qarabağ” klubuna 376.952.00 avro, “Qəbələ” klubuna isə 376.814.00 avro – AFFA-nın vasitəçiliyi ilə artıq hər iki klubun hesabına daxil edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43