Ölkə futbolu

UEFA “Qarabağ”a 4 milyon avro ayırdı

Qeyd oluna məbləq “Qarabağ”ın hesabına köçürülüb.

“Qarabağ” FK-nın UEFA Avropa Liqasında  iştirakı və son 10 ildə performansına görə  Avropa futbol qurumu tərəfindən ayrılmış  4 035 740.00  (dörd milyon otuz beş min yeddi yüz qırx) avro maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə “Qarabağ” klubunun hesabına köçürülüb:

– Avropa Liqasinda iştirakı üçün (48 kluba bu məbləğ ayrılıb) – 2 750 000.00 (iki milyon yeddi yüz əlli min) avro
– Əmsalların sıralamasına əsasən, “Qarabağ” klubunun son 10 ildə performansına görə – 1 285 740.00 (bir milyon iki yüz səksən beş min yeddi yüz qırx) avro.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43