05 Avqust 2020
Kateqoriyasız

UEFA “Qarabağ”a intizam işi açdı

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiya “Dandolk”u ilə keçirdiyi cavab matçına görə “Qarabağ”a qarşı intizam işi açıb.

Avropa futbol qurumunun Mətbuat xidmətindən verilən məlumata görə, buna səbəb iyulun 31-də “Dalğa Arena”da keçirilmiş qarşılaşmanın ikinci hissəsində meydana azarkeşin daxil olması və tribunalarda insidentin baş verməsidir.

Bildirilib ki, bu məsələyə avqustun 22-də baxılacaq.

Qeyd edək ki, İrlandiyada rəqibi ilə heç-heçə (1:1) edən Ağdam təmsilçisi cavab matçında 3:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib. Ağdam təmsilçisi bu gün III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Kiprdə APOEL-in qonağı olacaq. Cavab matçı bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək (Report).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Səbail” legionerini göndərdi

admin

“Bakı bizim üçün daha da gözəl olacaq”

admin

Xayme Romeronun zədəsi ciddidi? – Qurban Qurbanov açıqladı

admin