Kateqoriyasız

UEFA “Qarabağ”a yenə pul verdi

UEFA “Qarabağ”a 260 min 500 avro pul ayrııb.

İdmanxeber.az AFFA-nın  saytına istinadən xəbər verir ki, bu məbləğ Ağdam təmsilçisinin bu mövsüm Avropa Liqasının qrup mərhələsinin 4-6-cı turlarında qeydə alınmış nəticələrə uyğun olaraq nəzərdə tutulub.  “Qarabağ” heç-heçəyə görə 190 min avro, əlavə bonus olaraq 70 min 500 avro əldə edib.

Maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə “Qarabağ”ın hesabına köçürülüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43