Kateqoriyasız

UEFA “Qarabağ”ı “Qafqazın “Barselona”sı kimi tanıdı

“Qarabağ”ın qələbəsi UEFA-nın da diqqətini özünə çəkib. III təsnifat mərhələsinin ilk oyunları ilə bağlı şərhdə “Qarabağ”ı günün qəhrəmanlarından sayan rəsmi orqan bununla kifayətlənməyib.

İdmanxeber.com-un məlumatına görə,  Avstriya “Zalsburq”u üzərində 2:1 hesablı qələbədən sonra UEFA-nın rəsmi internet saytı klubla bağlı xüsusi yazı hazırlayıb. Dərc olunan materialda Qurban Qurbanovun yetirmələrinin matçı azlıqda – 9 futbolçu ilə bitirməsi də xüsusi vurğulanıb.

UEFA saytının oxucularını Ağdam təmsilçisinin tarixi ilə tanış edib, uğurunun əsas memarları haqda məlumatlandırıb. Burada baş məşqçi Qurban Qurbanov, həmçinin aparıcı ifaçılar – Reynaldo, Danilo Dias, Riçard Almeyda və Rəşad Sadıqova yer ayrılıb.

Təmsilçimizin oyun üslubunun qısa dəyərləndirilməsi də UEFA-nın rəsmi saytında əksini tapıb. Yazıda o da qeyd olunub ki, “Qarabağ” azarkeşlər arasında həm də “Qafqazın “Barselona”sı” kimi tanınır. Bu da müxtəlif taktiki sxemlərdə oynayan, amma qısa ötürmələrə sadiqlikdə Kataloniya təmsilçisinə bənzəməklə bağlıdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43