02 Dekabr 2020
Kateqoriyasız

UEFA “Qarabağ”ın gəlirlərini açıqladı

UEFA 2018-2019 mövsümündə Avropa Liqasının qrup mərhələsində çıxış edən klubların da gəlirlərini açıqlayıb.

İdmanxeber.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, ötən mövsüm ölkəmizi qrup mərhələsində təmsil edən “Qarabağ”ın ümumi gəliri 4 milyon, 847 min, 954 avro olub.

Bu məbləğin 2 milyon 275 min avrosu qrup mərhələsində iştiraka görə, qalan hissəsi qrupda qazanılan nəticələr və marketinqdən bağlı əldə edilib.

Xatırladaq ki, “Qarabağ” ötən mövsüm “Arsenal”, “Sportinq” və “Vorskla” ilə E qrupunda mübarizə aparıb. Ağdam klubu Ukraynada “Vorskla”nı məğlub edib, digər 5 görüşdə isə uduzub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Sabah”ın futbolçusu 50-yə çatdı

admin

“İnanın, 30 illik karyeramda ilk dəfə bu cür halla rastlaşırdım”

admin

Ərdoğan UEFA-nın Türkiyə millisinə intizam işi açmasından danışdı

admin