Dünya futbolu

UEFA “Qarabağ”ın gəlirini açıqladı

Bu gün UEFA 2017/18 mövsümü üçün Çempionlar Liqasının iştirakçısı olan klubların gəlirlərini açıqlayıb. Ötən mövsüm ölkəmizi qitənin klublararası ən nüfuzlu turnirində təmsil edən Azərbaycan çempionu “Qarabağ”ın ümumi gəliri 16 milyon 819 min avro təşkil edib.

Ağdam klubu bu məbləğin 2 milyonunu pley-offa, 12 milyon 700 min avronu qrupa vəsiqə qazandığına görə qazanıb. Daha 1 milyonu isə qrupdakı iki heç-heçəyə görə alıb. 1 milyon 119 min avro isə marketin gəlirlərinə görə əldə edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43