27 Fevral 2024
Kateqoriyasız

UEFA “Qarabağ”ın şikayətini niyə qəbul etmədi? – SƏBƏBİ AÇIQLANDI

“Qarabağ”ın vəkili Qayə Günal UEFA-nın “Qarabağ” – “İnter” oyunu ilə bağlı meydan sahibi komandanın verdiyi şikayəti qəbul etməməsinin səbəbi açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, təmsilçimizin vəkili feysbuk sosial şəbəkəsində bunları yazıb:

“Dəyərli dostlar UEFA əsaslandırmasını açıqladı. Oyundankənar vəziyyəti dəyərləndirmək hakimin qərarıdır. Matçın 48 saniyə erkən bitdiyinə dair də dəlilin olmadığını bildiriblər. Hamımız birlikdə izləyək, qol epizodundan sonra matça davam edildimi? Videoyazılardan daha açıq dəlil ola bilərmi? Deyəsən, UEFA bizimlə eyni oyunu izləməyib. Sabah apelyasiya şikayəti verəcəyik!”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43