Milli komanda

UEFA qiyməti artırdı – Millimiz qrupdan çıxsa…

UEFA Millətlər Liqasının mükafat fondunu artırıb.

Yığmamızın mübarizə apardığı D liqasında iştiraka görə verilən mükafatın məbləği 500 min avrodan 750 minə qaldırılıb. Bundan başqa, qrupunu lider tamamlayan komanda yeni dəyişikliyə əsasən, 500 min avro deyil, 750 min avro qazanacaq.

Liqanın qalibinin qazancı isə 6 milyon (əvvəl 4,5 milyon avro idi) avro təşkil edəcək. Finalda uduzan komandaya 4,5milyon (əvvəl 3,5 milyon), 3 və 4-cü yerin sahiblərinə isə müvafiq olaraq 3,5 (əvvəl 2,5) və 2,5 (əvvəl 1,5) milyon avro veriləcək.

Qeyd edək ki, millimiz D divizionunda Kosovo, Farer adaları və Malta ilə 3-cü qrupda mübarizə aparır


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43