Dünya futbolu

UEFA reytinqi açıqlandı: Azərbaycanın mövqəyi dəyişmədi

Avropa Liqasında qrup mərhələsinin 6-cı turunun oyunlarından sonra UEFA-nın yeni reytinqi açıqlanı

Azərbaycan 19.000  xalla 26-cı pillədə qərarlaşıb.

Millimizdən bir pillə öndə Polşa və Qazaxıstanın hesabında 19.250 xal var. Ölkəmizi 18.625 xalı olan İsrail izləyir.

Qeyd edək ki, ötən gün Azərbaycanın avrokuboklardakı yeganə təmsilçisi “Qarabağ” növbəti oyununu keçirdi. Ağdam klubu səfərdə İngiltərə təmsilçisi “Arsenal”a məğlub oldu – 0:1.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43