Ölkə futbolu

UEFA reytinqi: Azərbaycan növbəti xalını qazandı

“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu çıxışı Azərbaycana UEFA reytinqində yarım xal qazandırıb.

İdmanxeber.az-ın məlumatına görə, hər iki komanda evdə keçirdiyi cavab oyununda qələbə qazanaraq, ölkə reytinqinə hərəyə 0,250 xal yazdırıb. Bununla ölkənin cari mövsümdəki xalları 1,500 olub.

Ümumi əmsallarının sayı 15,750-yə çatan Azərbaycan reytinqdə 29-cu pillədədir. 

Reytinqə 88,928 xalla İngiltərə başçılıq edir. İspaniya (75,927) ikinci, İtaliya (71.569) isə üçüncü pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43