Ölkə futbolu

UEFA reytinqi: Azərbaycan gerilədi

UEFA-nın reytinq cədvəli açıqlanıb. 

İdmanxeber.com-un məlumatına görə, Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunlarından sonra siyahıda dəyişikliklər baş verib.

 

Dünən keçirilən 28 qarşılaşma Azərbaycanın da mövqeyinə təsir edib. “Qəbələ”nin Fransa “Lill”i üzərində tarixi qələbəsi (1:0) hesabımıza daha 0,250 xal qazandırıb.

 

Bununla da cari mövsüm toplanan xalımızı 2,500-ə çatıb. Mövsümün qazancının 1,125-i “Qəbələ”nin hesabındadı, “Qarabağ” 0,625, “Neftçi” və “Kəpəz” hərəyə 0,375 xal qazanıb. 5 mövsümün nəticələrinə görə hesabını 16,000-a çatdırsaq da, 24-cü pilləni qorumaq mümkün olmayıb. Belə ki, 26-cı olan İsrail 2 pillə irəliləyib və Azərbaycanla Kipri arxada qoyub. Ümumi xal sayı bərabər olsa da, ölkəmiz 24-cü pilləni yalnız əlavə göstəriciyə – cari mövsümün nəticəsinə görə əldən verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43