Kateqoriyasız

UEFA reytinqi: biz qaldıq, Çexiya irəlilədi

Azərbaycan UEFA reytinqində 2022/2023 mövsümü üçün xal ehtiyatını yenidən artırıb.

İdmanxeber.az-ın məlumatına görə,  buna səbəb  “Qarabağ”ın “Viktoriya” (Plzen) klubu ilə qolsuz heç-heçə etməsi olub. Bu nəticə Azərbaycanın aktivinə  0,125 xal gətirib. Xallarının sayını 14,625-ə çatdıran Azərbaycan 29-cu pillədə qalıb.

Çexiya isə bu nəticədən sonra xallarının sayını 24,550-yə çatdırıb və 16-cı sıraya yüksəlib.

“Viktoriya” və “Qarabağ” arasında oynanılacaq cavab matçı avqustun 23-də Plzendəki “Dusan Arena”da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43