Kateqoriyasız

UEFA “Sevilya” – “Qarabağ” oyununun hakimlərini açıqladı

Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda keçiriləcək “Sevilya” – “Qarabağ” oyununun hakimləri müəyyənləşib.

İdmanxeber.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, qarşılaşmanı İsveçdən olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Mohammed Al-Hakim olacaq. Ona Fredrik Kliver və Mahbod Beigi köməklik edəcəklər. 4-cü hakim funksiyasını Martin Strömberqsson yerinə yetirəcək.

Qeyd edək ki, “Ramon Sançes Pisxuan” stadionunda keçiriləcək “Sevilya” – “Qarabağ” matçı noyabarın 28-dən 29-na keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43