Kateqoriyasız

UEFA sual verir: Kadinin qolu, yoxsa “Alaşkert”li futboçunun qolu? (Səsvermə)

UEFA-nın saytında azarkeşlərin səsverməsi nəticəsində Konfrans Liqasında qrup mərhələsinin 2-ci turundan sonra həftənin ən yaxşı qolunun müəllifi bəlli olacaq.

İdmanxeber.az-ın məlumatına görə, namizədlər arasında “Qarabağ”ın futbolçusu Kadi Borqesin “Omoniya” ilə görüşün 53-cü dəqiqəsində vurduğu ilk qol da var.

Kadinin rəqibləri arasında “Alaşkert”dən Aleksandar Qlişiçin HİK-ə, “Vittes”dən Maksimilian Vittekin “Renn”ə və “Mura”dan Ziqa Kousun “Tottenhem”ə vurduğu qollar da ən yaxşılar sırasında yer alıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43