Dünya futbolu

UEFA Super Kubok oyununu qadın hakimə tapşırdı

UEFA Super Kubokunun “Liverpul” – “Çelsi” oyununu idarə edəcək hakim açıqlanıb.

İstanbuldakı “Vodafone Park”da keçiriləcək qarşılaşmanış fransalı qadın hakim Stefanie Frappart idarə edəcək. Yan xətlərdə ona Manuella Nikolosi və Mişel Onil kömək edəcəklər. Dördüncü hakim funksiyasını türkiyəli Cüneyt Çakır yerinə yetirəcək.

Avqustun 14-ü keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 23:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43