Dünya futbolu

UEFA Superkubokunun qalibi müəyyənləşir

Bu gün UEFA Super Kubokunu qazanan komanda bəlli olacaq.

İdmanxeber.com-un məlumatına görə, ötən mövsüm Çempionlar Liqasının qalibi olan “Real” Avropa Liqasını qazanan “Mançester Yunayted”lə üz-üzə gələcək.

Görüş Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək.

8 avqust

UEFA Super Kuboku

22:45. “Real” (Madrid, İspaniya) – “Mançester Yunayted” (İngiltərə)

Baş hakim: Canluka Rokki

Baş hakimin köməkçiləri: Elenito Di Liberatore, Mauro Tonolini

Əlavə hakim köməkçiləri: David Massa, Massimiliano İrrati (hamısı İtaliya)

Skopye (Makedoniya). II Filip stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43