Dünyadan

UEFA təxribatçı rus futbolçunu sərt cəzalandırır

UEFA “Lokomotiv”in futbolçusu Dmitri Tarasovu sərt cəzalandıra bilər.

İdmanxeber.com-un “R-Sport” agentliyinə istinadən verdiyi məlumata görə, Avropa Liqasının 1/16 final mərhələsinin “Fənərbağça” ilə İstanbulda keçirilən matçından sonra adıçəkilən oyunçu üzərində Rusiya prezidenti Vladimir Putinin şəklinin əks olunduğu formanı türk azarkeşlərə nümayiş etdirib. Bu isə “Fənər”li azarkeşlərin etirazına səbəb olub.

Formanın üzərində “Ən nəzakətli prezident” sözləri yazılıb.

UEFA formanın üzərində ideoloji, siyasi və dini təbliğatı qadağan etdiyini nəzərə alsaq rus futbolçunun ən azı 10 oyun cəzalanma ehtimalı var. Lokomotiv”ə də cəza veriəcəyi istisna olunmur.

Qeyd edək ki, Tarasov istənilən halda Rusiyadakı cavab matçını buraxmalı olacaq. Belə ki, futbolçu ilk oyunda sarı vərəqə aldığından cəzalı duruma düşüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43