Dünya futbolu

UEFA Tottini mükafatlandırdı

“Roma”nın futbolçusu Françesko Totti UEFA tərəfindən mükafatlandırılıb.

İdmanxeber.com-un məlumatına görə, 40 yaşlı hücumçu UEFA-nın prezident mükafatına layiq görülüb. Bu barədə məlumatı Avropanın ali futbol qurumu yayıb. İtalyan hücumçu mükafatını avqustda, Monakoda alacaq.

“Roma”nın əfsanəsi bu mükafata layiq görülən 17-ci futbolçudu. Daha öncə Paolo Maldini, Alfredo Di Stefano, Eysebio, Frants Bekkenbauer, Raymond Kopa, Bobbi Çarlton, Frank Raykaard,Yohan Kroyff və başqa futbolçular UEFA-nın prezident mükafatına yiyələnmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43