Kateqoriyasız

UEFA Türkiyəyə intizam işi açdı

UEFA Türkiyə millisinə qarşı intizam işi açıb.

Buna yığma üzvlərinin AVRO-2020-nin seçmə mərhələsində Albaniya və Fransa ilə oyunlarda qol sevincini əsgər salamı ilə qeyd etməsi səbəb olub.

Qurum Türkiyə Futbol Federasiyasından izahat tələb edib.

Futbolçular Türkiyə ordusunun Suriyada keçirdiyi “Pınar hərəkatı”na dəstək olduqları üçün əsgər salamı verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43