İdman

UEFA Türkiyə klubunu avrokuboklardan kənarlaşdırdı

Türkiyənin “Karabükspor” futbol klubu UEFA tərəfindən sərt cəzalandırılıb.

İdmanxeber.com-un məlumatına görə, Super Liqa təmsilçisi avrokuboklardan kənarlaşdırılıb. Buna səbəb klubun maliyyə “fair-play”inin tələblərini pozmasıdır. Uzun müddət “Karabükspor”la bağlı araşdırma aparan UEFA klubu 2 il beynəlxalq yarışlardan kənarlaşdırıb.

“Karabükspor” 2016-2017 və 2017-2018-ci il mövsümlərində avrokuboklara vəsiqə qazansa, turnirdə iştirak edə bilməyəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43