06 Dekabr 2022
Kateqoriyasız

“UEFA-ya maksimum həqiqəti deyirəm” – “Ferentsvaroş”un prezidenti

“İqrçi şüar səsləndirənlər özlərindən utansınlar”.

Bunu “Qarabağ”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində rəqibi olan Macarıstanın “Ferentsvaroş” klubunun prezidenti Qabor Kubatov deyib.

O, UEFA tərəfindən cəzalandırıldıqlarına görə, öz azarkeşlərini günahlandırıb: “Prezident seçildiyimizdən on ildən artıqdır ki, biz “Fradi”də (“Ferentsvaroş”un ləqəbidir – red.) təcridin bütün formalarına qarşıyıq. Daim təbliğat aparır, təkcə sözdə deyil, həm də əməldə bununla mübarizə aparırıq. İndi həm dərindən məyus olmuşam, həm də çox qəzəbliyəm. UEFA-ya maksimum həqiqəti deyirəm, qərarın legitimliyi ilə belə mübahisə etmirəm. Tribunalarda qadağaedici sözlər eşidildiyinə görə hansısa sektoru bağlamalıyıqsa, onda bunu edəcəyik. Fikirləşirdim ki, hətta qatı azarkeşlərimiz də “Fradi” matçında özlərini necə aparmağı artıq öyrəniblər. Ancaq hələ də “Fradi”də bir olduğumuzu unudurlar. İrqçi şüarlar qışqıranlar özlərindən utansınlar”.

Qeyd edək ki, UEFA “Ferentsvaroş”u Slovakiyanın “Slovan” klubu ilə Çempionlar Liqasının II təsnifat mərhələsində keçirilmiş iki oyunun nəticəsinə əsasən cəzalandırıb. Azarkeşlərin irqçi davranışına görə Macarıstan klubu UEFA-nın himayəsi altında keçirilən növbəti matçda stadionun B sektorunun bağlanması və 15 min avro məbləğində cərimə ilə cəzalandırılıb. Bundan əlavə, “Ferentsvaroş” UEFA-nın himayəsi altında keçiriləcək növbəti matçda “#NoToRacism” (“İrqçiliyə yox”) yazısı olan pankart asmalıdır. Kluba növbəti səfər matçı üçün bilet satışı da qadağan edilib. Bundan əlavə, “Ferentsvaroş” atəşfəşanlıq, kənar əşyalar atma, təxribat xarakterli təhqiredici şüarlar kimi hərəkətlərə görə 50 min avro cərimələnib. Həmçinin, klub ictimai keçidləri bağladığına görə daha 14 min avro ödəməli olacaq.

Xatırladaq ki, “Ferentsvaroş” – “Qarabağ” matçı avqustun 9-da keçiriləcək. “Groupama Arena”da baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Qarabağ” heç-heçəyə razılaşdı, “Neftçi”dən qələbə

admin

“Qarabağ”da yeni müqavilə

admin

AFFA-dan Avro-2020 açıqlaması

admin