Dünya futbolu

UEFA yeni reytinq cədvəlini açıqladı

Avroliqanın qrup mərhələsinin V turunun ardından UEFA yeni reytinq cədvəlini açıqlayıb

İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ”ın “Sportinq”ə 1:6 uduzması  reytinq cədvəlində Azərbaycanın yerini dəyişməyib. Milli komandamız 19 000 xalla 26-cı yerdədir.

Qeyd edək ki, Azərbaycandan 1 pillə irəlidə olan Polşanın 19.250 xalı var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43