Dünya futbolu

UEFA yeni reytinqi açıqladı: Azərbaycan yerini qorudu

UEFA-nın yeni reytinq siyahısı açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, avrokubokların pley-off mərhələsinin ilk oyunlarından sonra siyahıda müəyyən dəyişiklik baş verib. Belə ki, Rusiya 6-cı pilləyə yüksələrək Portuqaliyanı qabaqlayıb. Polşa isə 1 pillə irəliləyərək 20-ci yerdə qərarlaşıb.

Aktivində 17.750 xalı olan Azərbaycan isə 26-cı pillədəki yerini qoruyub

Siyahıya İspaniya başçılıq edir. Almaniya 2-ci, İngiltərə 3-cüdür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43