Dünya futbolu

UEFA yeni yaradılacaq turniri rəsmən açıqladı

UEFA Çempionlar Liqası və Avropa Liqasından sonra daha bir turnir yaradır

İdmanxeber.az-ın məlumatına görə, UEFA yeni yaradaılacaq Konferans Liqasını bu gün rəsmi şəkildə açılayıb. Açıqlamada yeni turnirin yaradılmasında məqsəd Avropada daha çox ölkə komandalarının yer almasıdır. Turnir 2021-2022-ci ildən keçirilməyə başlayacaq. Konferans Liqasının formatı eynən Çempionlar Liqası kimi olacaq. 32 komandanın qatılacağı turnirdə klublar 8 qrupa ayrılacaq. Qrupu ikinci sırada tamamlayan komanda növbəti mərhələdə Avropa Liqasının qrup mərhələsini 3-cü yerdə  bitirən klubla pley-off oynayacaq. Qalib gələn tərəf yoluna Avropa Liqasında davam edəcək. Konferans Liqasının qalibi isə növbəti mövsüm birbaşa Avropa Liqasında iştirak edəcək.

Digər tərəfdən UEFA eyni zamanda cari mösümdə Avropa Liqasında VAR sisitemindən də yararlanacağını açıqlayıb. Qrum rəhbərliyindən verilən açıqlamaya görə, VAR sistemi qrup mərhələsindən sonra tətbiq ediləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43