18 Sentyabr 2020
Kateqoriyasız

UEFA yığmalarımızın iştirak edəcəyi turnirlərlə bağlı qərar verdi

UEFA İcraiyyə Komitəsi gənclərdən ibarət milli komandalar arasında turnirlərin 2020/21-ci il mövsümü üçün tarixləri və müəyyən format dəyişiklikləri barədə qərarlar qəbul edib.

Həmin qərarlarda bunlar qeyd olunub:

U-17 (qızlar)
– Təsnifat mərhələsi 2021-ci il fevralın sonunda keçiriləcək (12 mini-turnir)
– Elit-raund ləğv olunur və play-off oyunları ilə əvəzlənir
– Play-off mərhələsi (14 komanda) 2021-ci il martın sonunda keçiriləcək
– Final turniri təqvimə uyğun olaraq (Farer adaları, may 2021-ci il)

U-17 (oğlanlar)
– Təsnifat mərhələsi 2021-ci il martın sonunda keçiriləcək (13 mini-turnir)
– Elit-raund ləğv olunur
– 13 qrup qalibi 2 səpələnmiş komanda 2021-ci ilin mayında Kiprdə keçiriləcək final turnirinə vəsiqə qazanır.

U-19 (qızlar)
– Təsnifat mərhələsi 2021-ci il fevralında keçiriləcək (12 mini-turnir)
– Elit-raund ləğv olunur və play-off oyunları ilə əvəzlənir
– Play-off mərhələsi (14 komanda) 2021-ci il aprelində keçiriləcək
– Final turniri təqvimə uyğun olaraq (Belarus, iyul 2021-ci il)

U-19 (oğlanlar)
– Təsnifat mərhələsi 2021-ci ilin martında keçiriləcək (13 mini-turnir)
– Elit-raund ləğv olunur və play-off oyunları ilə əvəzlənir
– Play-off mərhələsi (14 komanda) 2021-ci il mayın sonunda keçiriləcək
– Final turniri təqvimə uyğun olaraq (Rumıniya, iyul 2021-ci il)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Səbail”lə oyunlar üçün 27 futbolçu

admin

“Alper Potukun transferi alına bilər” – Qurban Qurbanov açıqladı

admin

“Buranın narahat yer olduğunu hər kəs bilir” – Nazarov

admin